Dünya çempionatlarının final turnirlərində penaltilər seriyalarını nəzərə almasaq, ümumilikdə 2000-dən çox qol vurulub.
Qaynarinfo xəbər verir ki, fransalı Lusyen Larenin 1930-cu ildə dünya çempionatlarında vurduğu ilk qoldan bəri, 1250-dən çox futbolçu final turnirlərində fərqlənib. Onlardan yalnız 97-si beş və ya daha çox qola imza atıb.
İlk yarışın ən çox qol vuran oyunçusu argentinalı Gilyermo Stabile (8 qol) olub. O vaxtdan bəri yalnız 22 oyunçu Stabilenin 1930-cu ildə keçirilən turnirdə vurduğu qollardan daha çoxunu rəqib qapılarından keçirməyi bacarıb. Həmin futbolçulardan biri macarıstanlı Şandor Koçişdir. O, 1954-cü ildə keçirilən yarışda 11 qola imza atıb. Növbəti turnirdə fransalı Cast Fontain cəmi altı oyun ərzində vurduğu 13 qolla bu rekordu yaxşılaşdırıb.
Almaniya futbolunun əfsanəsi Herd Müller 1970-ci ildə 10 qola imza atıb. Daha sonra o, Qərbi Almaiyanın çempion olduğu 1974-cü ilin dünya çempionatının finalında, 14-cü qolunu vurmaqla ümumi rekordu qırıb. Onun rekordu Ronaldonun 1998-2006-cı illər arasında Braziliya millisində vurduğu 15 qola qədər - otuz ildən çox davam edib. Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze isə 2002-2014-cü illər arasında keçirilən ardıcıl dörd mundialda 16 qol vuraraq yeni rekord müəyyənləşdirib. Həmin vaxtdan bəri hələ ki, Klozenin rekordunu yeniləyən yoxdur.
Dünya Kuboku finallarında oynamış bütün oyunçulardan yalnız 6-sı hər oyunda orta hesabla iki və ya daha çox qol vurub. Bunlar Koçsis, Fontain, Stabile, rusiyalı Oleq Salenko, isveçrəli Josef Hügi və polşalı Ernst Vilimovskidir. Sonuncu 1938-ci ildə keçirilən dünya çempionatında dörd qol vurmuşdu.
Ən çox qol vuran 97 oyunçu 28 ölkəni təmsil edib. Onlardan 14-ü Braziliya, eyni sayda Almaniya və ya Qərbi Almaniya yığmalarının üzvləridir.
Ümumilikdə dünya çempionalarında fərqlənən futbolçuların 64-ü Avropa, 29-u Amerika və yalnız 4-ü başqa qitələrin ölkələrindən (Kamerun, Qana, Avstraliya, ABŞ) olub.
Mundial tarixinin bombardirlərinin siyahısı isə aşağıdakı kimidir:
Miroslav Kloze (Almaniya) - 16
Ronaldo (Barziliya) - 15
Herd Müller (Almaniya) - 14
Cast Fontain (Fransa) - 13
Pele (Braziliya) - 12
Şandor Koçis (Macarıstan) - 11
Yurgen Klinsman (Almaniya) - 11
Helmut Rahn (Qərbi Almaniya)- 10
Hari Lineker (İngiltərə) - 10
Qabriel Batistuta (Argentina) - 10
Teofil Kubillas (Peru) - 10
Tomas Müller (Almaniya) - 10
Qreqorz Lato (Polşa) - 10
Eysebio (Portuqaliya) - 9
Kristian Vyeri (İtaliya) - 9
Vava (Braziliya) - 9
David Vilya (İspaniya) - 9
Paolo Rossi (İtaliya) - 9
Jairzinyo (Braziliya) - 9
Roberto Bakko (İtaliya) - 9
Karl-Haynz Rummenigge (Qərbi Almaniya) - 9
Uve Siler (Qərbi Almaniya) - 9
Səbuhi Həsənov
Şərhlər