Xəbər lenti

Dünya çempionu güllələnərək öldürüldü
İdman10:06 08.02.2019

Dünya çempionu güllələnərək öldürüldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiyanın boks üzrə dünya çempionu Aleksandr Kostromin yaşadığı evin yaxınlığında ölü olaraq tapılıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, idmançını 8 dəfə güllələyən şəxs avtomobillə hadisə yerindən qaçıb.
Qeyd edək ki, A.Kostromin 2014-cü ildə Krımda keçirilən beynəlxalq boks çempionatında qızıl medal qazanıb. Onun bu il fevralın 16-da Latviyanın paytaxtı Riqada baş tutacaq yarışa hazırlaşdığı bildirilirdi. 29 yaşlı boksçunun sabah ad günü olacaqdı.