Almaniya millisinin yarımmüdafiəçisi Yulian Draksler Fransanın PSJ klubundan Qətərin "Əl-Əhli" klubuna keçib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Əl-Əhli”nin rəsmi saytı məlumat
yayıb.
Draksler Qətər klubu ilə 2025-ci ilin yayına qədər iki mövsümlük müqavilə imzalayıb.
Mətbuatın yazdığına görə, "Əl-Əhli” 29 yaşlı futbolçu üçün PSJ-yə 20 milyon avrodan çox pul ödəyib.
Draksler 2016-cı ildən PSJ-də çıxış edir, 198 oyun keçirib və 26 qol vurub.
Qeyd edək ki, Draksler 2014-cü ildə Almaniya millisinin tərkibində dünya çempionu olub.
Nizami Bağırov
Şərhlər