Xəbər lenti

Dünya çempionumuz: "30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm"
İdman12:25 12.10.2021

Dünya çempionumuz: "30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yarış həm mənim, həm də komandamız üçün uğurlu keçdi. 2018-ci ildən sonra yenidən DÇ-də klassik güləşdə qızıl medal əldə etdik".
Qaynarinfo xəbər verir ki, bu sözləri Norveçdəki dünya çempionatının qızıl medalını qazanmış güləşçimiz Rafiq Hüseynov deyib. O, həm özünün, həm də komandanın çıxışını dəyərləndirərkən aşağıdakı sözəri söyləyib:
Bundan başqa, komanda hesabında 3-cü yeri tutduq. Əlbəttə, sevindirici hallarla yanaşı, üzücü məqamlar da oldu. Komanda yoldaşlarımı təbrik edirəm. Medal qazanmayan güləşçilərimizə də gələcək yarışlarda uğurlar arzulayıram. Məşqçi və həkimlərdən ibarət heyətimizə təşəkkürümü bildirirəm. Bu yarışda olimpiya kateqoriyalı hakimimiz Asif Şirəliyev 2 finalı idarə etdi. Bu da qürurverici məqamdır, Azərbaycanın uğurlarından biridir. 2011-də Avropa çempionu olmuşam. Daha sonra qitə birinciliyində bürünc medal qazanmışam. Avropa Oyunlarında və İslam Həmrəyliyi Oyunlarında mükafatçılar sırasında yer almışam. Sevdiyim işlə məşğul olduğum üçün 30 yaşdan sonra da böyük uğurlar əldə edə bilirəm”.
Səbuhi Həsənov