
Karate üzrə dünya çempionumuz Rafael Ağayev iyulun 17-də Tailandın paytaxtı Banqkokda yerli idmançılar üçün təlim-məşq seminarı (Super Special Training Seminar) keçirib.
Qaynarinfo.az xəbər verir ki, onunla birgə karate idman növü üzrə Avropa Oyunlarının qalibi Rizvan Fərzəliyev də iştirak edib.
Onlar orda bir neçə xarici ölkə idmançılarının iştirak etdiyi Tailand Açıq Karate Do çempionatına da xüsusi qonaq qismində qatılıblar.
Daha sonra Pattaya çimərliyində skuter sürən bu "2-li" dəniz məhsullarından hazırlanmış xüsusi qonaqlıqda da olublar. Çempionumuzun bu səfərindən bəzi fotoları təqdim edirik.
Qeyd edək ki, sabah Rafael Ağayevin Sinqapurda da Kumite Seminarı təşkil olunacaq. Noyabrda isə Çilinin paytaxtı Santyaqoda ukraynalı Stanislav Qoruna ilə birgə onun seminarı nəzərdə tutulub.
Qaynarinfo.az




















