Xəbər lenti

Dünya çempionumuzdan şıdırğı rəqs - VİDEO
İdman10:12 18.01.2017

Dünya çempionumuzdan şıdırğı rəqs - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avar əsilli Azərbaycanlı yunan-roma güləşçisi Rəsul Çunayev sosial şəbəkədə rəqs videosunu paylaşıb.

İdmançının avar mahnısında oynadığı rəqsi izləyicilərin marağına səbəb olub.

Rəsul Çunayev yunan-Roma güləşi üzrə gənclər arasında Avropa çempionu (2008), Azərbaycan çempionu (2008), Tələbələrin 27-ci Ümumdünya Universiadasının qalibi (2013), dünya çempionu (2015) "Bakı 2015" I Avropa Oyunlarında əldə etdiyi Avropa Oyunlarının çempionu (13 iyun 2015) olub. Eləcə də “Rio-2016”da Rəsul Çunayev XXXI Yay Olimpiya Oyunlarında bürünc medalını qazanıb.

Xatırladaq ki, Rəsul Çunayev 29 iyun 2015-ci ildə 2015 Avropa Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında böyük xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.

Qaynarinfo.Az