Xəbər lenti

Dünya futbolunda şok - KLUB OYUNDAN İMTİNA ETDİ
İdman10:06 31.01.2014

Dünya futbolunda şok - KLUB OYUNDAN İMTİNA ETDİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

İspaniya Kral Kubokunun dörddə bir final oyununda "Real Sosyedad"la qarşılan "Rasinq" klubunun futbolçuları dünyada bənzəri görülməyən aksiyaya əl atıblar.

Qaynar.info
xəbər verir ki, "Rasinq" futbolçuları və texniki heyət maaşlarını ala bilmədikləri üçün oyuna çıxmaqdan imtina ediblər.

Futbolçular pullarını ala bilmədikləri üçün topa toxunuşdan qabaq çiyin-çiyinə dayanıblar. Bundan sonra hakim klubun kapitanına "Oynayacaqsınız?" sualını verib. Oyunçuların "yox" cavabından sonra hakim oyunu təxirə salıb.

Klubun azarkeşləri də komandanın aksiyasını alqışlarla dəstəkləyiblər.

İspaniya Futbol Federasiyasının qanunlarına görə, "Rasinq" 6 min avro məbləğində cərimələnərək, gələn il Kral Kubokundan kənarlaşdırılıb.

Qaynar.info