
Məşhur futbolçu Zinəddin Zidanın 2006-cı il Dünya Çempionatında italyan futbolçu Marko Materatziyə atdığı kəllə heykəl olacaq.
Qaynar.info xəbər verir ki, 2020-ci il futbol üzrə Dünya Çempionatını keçirəcək Qatar bu unutulmaz anı əbədiləşdirəcək.
Əlcəzairli heykəltəraş Əbdül Əbdəssəməd həmin anı əbədiləşdirmək üçün 5 metrlik heykəl düzəldib. Heykəl Qətərin paytaxtı Dohanın mərkəzində ucaldılıb.
Qeyd edək ki, 2006-cı il Dünya çempionatının finalında İtaliya ilə Fransa arasında keçirilən oyun zamanı fransız futbolçu Zinəddin Zidanın Marko Materatziyə kəllə vurması böyük rezonansa səbəb olmuşdu.
Qaynar.info







