Xəbər lenti

Dünya Kuboku: Teymur Rəcəbov ilk final görüşündə heç-heçə etdi
İdman14:54 30.09.2019

Dünya Kuboku: Teymur Rəcəbov ilk final görüşündə heç-heçə etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda ilk final görüşünü keçirib.
Qaynarinfo xəbər verir ki, 32 yaşlı qrossmeyster çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Rəcəbovun ağ fiqurlarla oynadığı görüşün 33-cü gedişində tərəflər heç-heçəyə razılaşıblar. 
Reqlamentə əsasən, finalçılar hər gündə bir dəfə olmaqla, daha 3 partiya oynayacaqlar. Burada da qalib müəyyənləşməsə, oktyabrın 4-də tay-breyk keçiriləcək.
Qeyd edək ki, yarışın mükafat fondu 1,6 milyon dollardır. Qalib 110 min dollar, finalçı isə 80 min dollar qazanacaq. Rəcəbovla Liren həlledici görüşə vəsiqə qazanmaqla İddiaçılar Turnirində iştirak hüququ da əldə ediblər.