"Global Firepower” beynəlxalq təşkilatı orduların yeni reytinq cədvəlini dərc edib.
Qaynarinfo xəbər verir ki, Azərbaycan Ordusu 53-cü pillədə yer alıb.
Ölkəmizin qonşularından Türkiyə siyahıda 9-cu, Gürcüstan 82-ci, Ermənistan isə 84-cü yeri tutur. Qonşularımızdan yalnız İran reytinq cədvəlində yer almayıb.
Reytinq siyahısının ilk üç pilləsində ABŞ, Rusiya və Çin qərarlaşıb. Onları Hindistan və Fransa orduları izləyir. Siyahının sonuncu pillələrində isə Surinam (134), Liberiya (135) və Butan (136) qərarlaşıb.