Dünya 13:17 03.07.2022

Dünya qaçaq "kraliça"dan danışır: 4 milyard dolları necə ələ keçirib?

Dörd il ərzində yeni kriptovalyuta hazırladığını deyərək 4 milyard dollar qazanan "Kripto Kraliçası” ləqəbli Ruja İqnatova FTB-nin "ən çox axtarılan 10 adam” siyahısına daxil olub.

ABŞ-ın kəşfiyyat təşkilatı Federal Təhqiqat Bürosunun (FTB) "ən çox axtarılanlar" siyahısında yer alan "Kripto kraliçası" ləqəbli Ruja İqnatova yenidən dünyanın müzakirə etdiyi isimlərdən birinə çevrilib.
 


Qaynarinfo xəbər verir ki, 2017-ci ildə sevgilisinin ABŞ kəşfiyyatı ilə əməkdaşlıq etdiyini anlayandan sonra Afinaya qaçan bolqar əsilli Ruja İqnatova bu günə qədər axtarışdadır. Son olaraq FTB tərəfindən "ən çox axtarılanlar" siyahısına salınan "Kripto kraliçası"nın başına 100 min dollar mükafat qoyulduğu açıqlanıb.

Oksford Universitetində təhsil almış bolqar əsilli İqnatova "Bitkoin qatili" olacaq kriptovalyuta yaratdığını iddia edərək 4 milyard dollar toplayıb və rəqib "Bitkoin"ə sərmayə qoyub. Amma əslində İqnatova yeni kriptovalyuta yaratmayıb, sadəcə "piramida sxemi" qurub. "Kripto kraliçası" və əlaltıları o qədər pul toplaya bilib ki, vəsaitin böyük hissəsi Bolqarıstan, Honq-Konq, BƏƏ və Cənubi Koreya kimi ölkələrdə gizlədilib, bir hissəsi isə Əbu-Dabidəki at yarışlarına yönəldilib.

Aydın