Xəbər lenti

Dünya və Avropa çempionları futbolçularımızla görüşdü - FOTO
İdman14:15 27.04.2016

Dünya və Avropa çempionları futbolçularımızla görüşdü - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün AFFA Futbol Mərkəzində yerləşən Milli Komandaların Məşq Mərkəzində müxtəlif illərdə keçmiş SSRİ-nin gənclərdən ibarət yığma komandalarının heyətində dünya və Avropa çempionu olmuş Arif Əsədov, Vladislav Qədirov və Tərlan Əhmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandası (U-17) ilə görüşüblər. 

Qaynarinfo.az xəbər verir ki, komandanın hazırlıq prosesi ilə tanış olan qonaqlar sonda öz təcrübələrini futbolçularla bölüşüb, müvafiq tövsiyələrini veriblər.

Qeyd edək ki, Arif Əsədov SSRİ U-16-sı ilə dünya (1987), U-17 ilə Avropa çempionu olub (1988). Tərlan Əhmədov isə 1990-cı ildə SSRİ-nin gənclər yığması (U-21) ilə Avropa çempionluğu sevincini yaşayıb. Vladislav Qədirov isə 1988-ci ildə SSRİ-nin yeniyetmələrdən ibarət komandası ilə dünya çempionu olub.

Dünya

Qaynarinfo.az