Xəbər lenti

Dünyaca məşhur futbolçu rekord sayda səslə prezident oldu
İdman 17:48 18.12.2023

Dünyaca məşhur futbolçu rekord sayda səslə prezident oldu

Argentinanın məşhur klubu "Boka Xuniors"un yeni prezidenti müəyyənləşib.

Qaynarinfo-nun məlumatına görə, klubun yeni prezidenti Argentina millisinin sabiq üzvü Xuan Roman Rikelme olub. Veteran futbolçu eyni zamanda rekord qıraraq, ölkə futbol tarixində ən yüksək səslə seçilən prezident ünvanına yiyələnib. 

Argentina mətbuatında əks olunan xəbərlərə görə, Rikelmeyə 43 min 367 nəfər səs verib. Bu da onun seçkilərdə 63,7 faiz səs toplaması anlamına gəlir.

Keçmiş futbolçu "Barselona"da 57 min nəfərin iştirak etdiyi prezident seçkilərindən sonra dünya üzrə ən çox seçici toplayan ikinci prezident olub.
 


Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->