Xəbər lenti

Dünyada ilk: Bakıya da belə asvalt lazımdır - VİDEO
Ekonomiks07:18 27.11.2014

Dünyada ilk: Bakıya da belə asvalt lazımdır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Dünyada ilk ekoloji avtomobil yolu İspaniyada istfadəyə verilib.

365.Az-ın verdiyi xəbərə görə, mütəxəssislər bildirir ki, kauçuk və plastmasdan hazırlanan bu yol adi asvalt yollardan daha uzunömürlüdür və onu Bakıda etdikləri kimi, tez-tez dəyişməyə ehtiyac yoxdur.

Avropada hər il 3 milyon ədəddən artıq avtomobil şini zibilliklərə atılır. Hər bir avropalı isə il ərzində 100 kq-dan artıq plastması tullantıya çevirir. Bütün bunlar isə zibilliklərdə yandırılarkən atmosfer əhəmiyyətli dərəcədə çirklənir. Artıq bu tullantılardan eko-asvalt hazırlamaq mümkün olacaq. Bu həm iqtisadi, həm də ekoloji cəhətdən səmərəlidir.

Layihənin müəllifləri Avropa Birliyinin rəhbərlərinin diqqətini bu məsələyə yönəldə biləcəklərinə ümid edirlər.

İspaniyada uğurla sınaqdan keçən eko-asvalta artıq Polşa höküməti də maraq göstərməyə başlayıb.

Qaynar.info