Xəbər lenti

Dünyanın artıq neft ehtiyatları iki-üç aydan sonra yox ola bilər
Ekonomiks19:25 11.04.2018

Dünyanın artıq neft ehtiyatları iki-üç aydan sonra yox ola bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın artıq neft ehtiyatları iki-üç aydan sonra yox ola bilər.
Modern.az xəbər verir ki, bunu Beynəlxalq Energetika Agentliyinin (BAE) neft sektoru və bazarları şöbəsinin rəhbəri Nil Atkinson bildirib.
BAE-nin eksperti deyib: "Zaman keçdikcə neft ehtiyatları azalmağa başladı. Tam aydın olur ki, artıq beşillik orta göstərici görünməkdədir. Bu, neft ehtiyatlarının doğrudan da beşillik səviyyəsinə çatmasından iki-üç ay öncə, yaxud buna yaxın müddətdə baş verə bilər”.
N.Atkinson onu da əlavə edib ki, ABŞ və Çin arasında qarşıdurmanın ticarət müharibəsinə çevriləcəyi təqdirdə dünyada neftə olan tələbat azala bilər.