Xəbər lenti

Dünyanın ən bahalı müdafiəçi transferi rəsmiləşdi
İdman13:19 05.08.2019

Dünyanın ən bahalı müdafiəçi transferi rəsmiləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mançester Yunayted” Harri Maquayrın transferini reallaşdırıb.
Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, "qırmızı-şeytanlar" "Lester"dən alınan müdafiəçi üçün 80 milyon funt-sterlinq (87 milyon avro) ödəyib. Harri Maquayrla 6 illik müqavilə imzalanıb. 
Bununla da dünyanın ən bahalı müdafiəçi transferi reallaşıb. Buna qədər rekord "Liverpul"un müdafiəçisi Vircil van Deykə məxsus idi. Mersisaydlılar hollandiyalı futbolçunu 2018-ci ildə "Southempton"dan 82 milyon avroya almışdı.
Qeyd edək ki, "Lester" Harri Maquayrı 2017-ci ildə "Hall Siti"dən 13.7 milyon avroya alıb.