Xəbər lenti

Dünyanın ən böyük məscidi Bakıda tikiləcək - YENİ
Ölkə09:40 03.04.2013

Dünyanın ən böyük məscidi Bakıda tikiləcək - YENİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən böyük məscidi Xəzər dənizinin sahilində, Qaradağ rayonunda tikiləcək. Məscid "Xəzər Adaları" (Khazar Islands) bölgəsində inşa ediləcək. Layihəni  "Avesta" inşaat konserni həyata keçirəcək.

Qaynar.info-nun "Новости-Азербайджан"ın verdiyi xəbərə görə, bu barədə layihənin rəhbəri Hacı İbrahim Nehrəmli məlumat verib.

Bu məscid Pakistanın paytaxtı İslamabad şəhərində yerləşən və hal-hazırda dünyanın ən böyük məscidi sayılan "Şah Feysəl Məscidi"ndən də böyük olacaq.

"Şah Feysəl Məscidi" böyüklüyünə görə "Ginnesin Rekordları Kitabı"na düşüb. Onun inşasına 1976-cı ildə başlanılıb və 1986-cı ildə yekunlaşıb. Məscidin sahəsi 5000 kvadrat metrdir və 74 min adam tutur. Bu məscidin tikintisinə 120 milyon ABŞ dolları xərclənib.

Qaynar.info