Xəbər lenti

Dünyanın ən məxfi silahları açıqlandı (FOTO)
Ölkə17:17 25.06.2018

Dünyanın ən məxfi silahları açıqlandı (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"RİA Novosti”  geniş ictimaiyyətin sadəcə təsadüf nəticəsində mövcudluğu barədə öyrəndiyi silahların siyahısını hazırlayıb.
Oxu.Az xəbər verir ki, siyahıya çinin beşinci nəsil "Çenqdu J-20” qırıcısı başçılıq edir.
Onun hazırlanması hələ 90-cı illərin sonundan aparılsa da, hökumət rəsmən mövcudluğunu 2009-cu ildə təsdiqləyib. Qırıcının xarici görünüşü ilk dəfə olaraq 2010-cu ilin dekabr ayında bloqların birində çıxıb. 2011-ci ilin yanvar ayında isə rəsmi fotoşəkilləri yayılıb.
İkinci yerdə Rusiyaya aid sualtı qayıq gəlir. Rusiyanın "Status-6” pilotsuz sualtı atom qayığı ilə bağlı layihənin kadrları Rusiya prezidentinin Müdafiə nazirliyi nümayəndələri ilə 2010-cu  keçirdiyi iclasda göstərilib. Sonradan "Poseydon” adı verilmiş sualtı-qayıq üzrə işlərin aparıldığını Rusiya lideri 2018-ci ilin mart ayında təsdiqləyib.
Siyahıda üçüncü yerdə gələn ABŞ hərbi dəniz qüvvələrinə aid "Si Şədou IX-529”  adlı iki korpuslu gəmi 1985-ci ildə böyük barjanın içində yığılıb. Gəmi gecə vaxtı suya buraxılsa da, yerli qəzetlər onun fotoşəkilini əldə edib. "Si Şədou” rəsmi olaraq 1993-cü ildə geniş ictimaiyyətə təqdim olunub.
Siyahını Cənubi Koreyanın "K2 Black Panther” tankı tamamlayır. Fotoşəkilləri 2000-ci illərin əvvəlində mətbuata yayılıb. 2007-ci ildə isə rəsmi olaraq Cənubi Koreya ordusunun arsenalına daxil edilib.