Yaponiyada dünyanın ən qədim fəaliyyətdə olan oteli hesab edilən "Nişiyama Onsen Keyunkan” ("Nishiyama Onsen Keiunkan”) işini davam etdirir.
Qaynarinfo xəbər verir ki, "Mirror” nəşrinin yazdığına görə, otel 1300 ildən artıqdır fasiləsiz işləyir və 52 nəsildir eyni ailə tərəfindən idarə olunur.
"Keyunkan” eramızın 705-ci ilində yapon aristokratı Fucivara Mahito tərəfindən təsis edilib. Otel Yamanasi prefekturasında, məşhur Fuci dağının yaxınlığında yerləşir. Buraya çatmaq isə o qədər də asan deyil. Səyahətin son mərhələsində qonaqlar ətraf kəndlərdən birindən xüsusi mikroavtobusla otelə aparılır.
Kompleksin yerləşdiyi ərazi təsadüfən seçilməyib. Otel termal bulaqlarla zəngin bölgədə inşa olunub və buna görə də hər bir hamam otağı təbii isti su mənbələrinə birbaşa çıxış imkanına malikdir. Sahiblər binanın tarixi görünüşünü qorumaq məqsədilə ərazini müasir standartlara uyğun şəkildə yenidən qurmaqdan qəsdən imtina ediblər.
Otelin 13 əsrdən artıq davam edən tarixində bir sıra dramatik hadisələr də baş verib. 1909 və 1916-cı illərdə burada böyük yanğınlar qeydə alınıb. 1925-ci ildə isə binalardan birinin üzərinə nəhəng qaya parçası düşüb. Bundan əlavə, 1982-ci ildə güclü tayfun kompleksə ciddi ziyan vurub və nəticədə əsas bina üç dəfə köçürülməli olub.
Ginnesin Rekordlar Kitabına əsasən, "Keyunkan” dünyanın ən qədim fəaliyyət göstərən oteli hesab olunur. Bəzi meyarlara görə isə həm də dünyanın ən qədim müəssisələrindən biri sayılır.
Rekord rəsmi olaraq 2011-ci ildə təsdiqlənib. Bundan sonra uzun müddət sakit və təcrid olunmuş qalan bu məkan səyahətçilər arasında böyük populyarlıq qazanıb.
Aydın
Şərhlər