Xəbər lenti

Dünyanın ən yaxşı futbolçusu kim oldu? (SİYAHI)
İdman06:06 24.10.2017

Dünyanın ən yaxşı futbolçusu kim oldu? (SİYAHI)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Londondakı "Palladium” teatrında keçirilən "The Best” adlı tədbirdə FİFA müxtəlif nominasiyalar üzrə ən yaxşıları mükafatlandırıb. "Qaynarinfo" xəbər verir ki, tədbirdə dünyanın ən yaxşı kişi futbolçunun adı açıqlanıb.
"Real"ın portuqaliyalı superulduzu Kriştiano Ronaldo "Barselona"lı Lionel Messini və PSJ-dən dünyanın ən bahalı futbolçusu Neymarı qabaqlayıb. Qalibin adını canlı əfsanələr - Dieqo Maradona və Ronaldo Luis Nazario açıqlayıb.
Çempionlar Liqasının son bombardiri olan Ronaldo ötən mövsüm ÇL-in, İspaniya La Liqasının və klublararası dünya çempionatının qalibi olub. 
Tədbirdə nominasiyalar üzrə elan olunan qadınlar:
İlin ən yaxşı futbolçusu: Kriştiano Ronaldo (Real)
İlin ən yaxşı qadın futbolçusu: Like Martens (Barselona)
İlin ən yaxşı baş məşqçisi: Zinəddin Zidan (Real)
İlin ən yaxşı qadın baş məşqçisi: Sarina Viqman (Hollandiya millisi)
İlin ən yaxşı qapıçısı: Canluici Buffon (Yuventus)
İlin ən yaxşı qolu (Ferents Puşkaş mükafatı): Olivye Jiruya (Arsenal) - "Kristal Palas"a vurduğu qol
İlin ən yaxşı azarkeşləri: "Seltik" (Şotlandiya)
"Fair-play" mükafatı: Fransis Kone (Toqo yığmasının və Çexiyanın "Brno” klubunun üzvü)
Qaynarinfo.Az