Xəbər lenti

Dünyanın ən zəngin futbolçusu Portuqaliyada da özünə yer tapa bilmədi
İdman09:32 16.12.2021

Dünyanın ən zəngin futbolçusu Portuqaliyada da özünə yer tapa bilmədi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən zəngin futbolçusu Faiq Bolkiya Portuqaliyada formasını geyindiyi "Maritimu"dan ayrılıb. 
Qaynarinfo xəbər verir ki, "Southampton", "Arsenal", "Chelsea" və "Lester"in sabiq futbolçusu Portuqaliyada da özünə yer tapa bilməyib. Yayda müqavilə bağladığı klubda karyerası heç də uzun çəkməyib. "Maritimu"nun əsas heyətinə düşə bilməyən 23 yaşlı oyunçu yalnız B komandasında iki dəfə meydana çıxmaq şansı qazanıb. Klub onunla yolların ayrılmasına heç bir səbəb göstərməyib, sadəcə qarşılıqlı razılıq əsasında müqavilənin ləğv olunduğu açıqlanıb. 
Bruney sultanı Hassan Əl Bolkiyanın qardaşı oğlu olan Faiqin sərvəti 13 milyard funt-sterlinqdir. O, Sultanın sərvətinin 17 varisindən biridir. Artıq Bolkiyanın əmisinin ölkədəki statusundan xeyli yararlandığı da bildirilir. Bu üzdən azad agent olmasının maddi cəhətdən Faiqə o qədər də təsir etməyəcəyi deyilir.
Zənginliyinə baxmayaraq, oynadığı məşhur klublarda heç nə ilə yadda qalmasa da Bolkiya "Lester"də olan zaman müsahibələrinin birində futbola həvəs göstərdiyini bildirib: 
"Gənc yaşlarımdan həmişə meydançaya çıxmaqdan və topa sahib olmaqdan həzz almışam. Valideynlərim futbolçu olmaq arzularıma çatmaqda mənə hər zaman dəstək göstərib. Uşaqlıq illərimdə məni həm psixoloji, həm də fiziki cəhətdən çox çalışdırdılar, ona görə də deməliyəm ki, onlar mənim üçün nümunədir".
Bolkiyanın yeddi yaşı olarkən onun üçün dünyaca məşhur pop ulduz Maykl Ceksonun konserti təşkil edilib və mərhum müğənninin buna görə 12.5 milyon funt-sterlinq qazandığı bildirilir. 
 
Səbuhi Həsənov