Xəbər lenti

Dünyanın gözlədiyi toy baş tutdu - FOTOLAR
Ölkə19:20 10.07.2015

Dünyanın gözlədiyi toy baş tutdu - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünyanın ən məşhur ailələrindən olan Hiltonlar və Rotşildlər qohum olub. Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, müğənni və aktrisa Peris Hiltonun bacısı Niki ilə Rotşild ailəsinin oğlu Ceyms ailə qurub.
Toy qabağı paridə ailələrə yaxın adamlar iştirak ediblər. Qonaqlar arasında ABŞ-ın keçmiş prezidenti Bill Klintonun qızı Çelsi də olub.
Toy İngiltərə şahzadəsi Diananın yaşadığı, hazırda isə Kembric Hersoginyası Keyt Middlton və Şahzadə Uilyamın yaşadığı Kensiqton Sarayında baş tutub.
Niki Hilton toyuna 50 min funt sterlinqlik (təxminən 80 min manat) gəlin libası geyinib. Gəlinliyin uzun ətəyləri "Bentley" markalı avtomobilin təkərlərinə dolaşması günün həyəcanlı anı olub. Nikinin yanında anası Keti, bacısı Peris və atası Riçard Hilton olub.
 

 

 

 

 

 

 



 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Qaynar.info