
Dünyanın məğlubiyyətsiz, ən güclü boksçusu adını qazanan Floyd Meyvezer Cuniorun əlcəkləri tanınmış kikboksçumuz Hafiz Baxşəliyevə hədiyyə olunub.
Bu barədə məlumatı AzNews.az-a kikboksçunun özü verib. Onun sözlərinə görə, əlcəkləri ona Pərvin Məmmədov adında dostu hədiyyə edib: “Pərvin Məmmədov əlcəkləri məşhur boksçu ilə görüşdə auksionda udub və bu gün onu mənə hədiyyə etdi. Bu gün mənim yaddaşımdan heç bir zaman çıxmayacaq. Pərvin Məmmədova təşəkkürümü bildirirəm. Belə idmançının əlcəklərinə sahib olmaq insanı qürurlandırır”.
Qeyd edək ki, Hafiz Baxşəliyev bir neçə gün bundan öncə Londonda Qafqaz Kikboks Klubunu açıb.
Qaynar.info

