Xəbər lenti

Dünyanın qarnını doyduran restoranlar - FOTOLAR - SİYAHI
Ekonomiks11:38 31.01.2014

Dünyanın qarnını doyduran restoranlar - FOTOLAR - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Mc Donalds" və "Subway" kimi hazır yemək restonlarının şöbələri bütün dünyaya yayılıb. Lakin son illərdə bu hazır yemək markaları kimi lyuks restoran şəbəkələri də bütün dünyaya yayılmağa başlayıb.

The Richest.com saytı dünyanın ən məşhur restoran şəbəkələrinin siyahısını və gəlirlərini açıqlayıb.

Qaynar.info
siyahını və fotoları təqdim edir.

1. Applebees – 4.5 milyard dollar


Dünyanın ən çox qazanan restoranlar şəbəkəsidir. 1980-cı ildə yaradılan bu restoranın təkcə ABŞ-da 1800-dən çox şöbəsi var. ABŞ-dan kənarda 200-dən çox şöbəsi olan restoran hər ölkədə ən ləziz yeməklərini müştərilərinə təqdim edir. Restoranın ən məşhur yeməyi isə "riblet"dir. Hər restoranının orta hesabla 2.39 milyon dollar gəliri olan Applebees sürətlə dünyaya yayılmağa davam edir.

2. Olive Garden – 3.65 milyard dollar

Darden Restoranla Şəbəkəsinin markası olan Olive Garden dünyanın ən gözəl italyan restoranlarından biridir. Menyusunda italyan-amerika mətbəxindəki makaron, toyuq, salat və dəniz məhsullarını təqdim edən şəbəkə 1988-ci ildə qurulub. Hər bir restoranın illik gəliri 4.5 milyon dollar olan Olive Gardenin dünyada 800-dən çox şöbəsi var.

3. Chilis Grill and Bar- 3.56 milyard dollar


Dünyada 1200-dən çox restoranı olan Chilis pitsa və hamburgerləri ilə məşhurdur. 33 ölkədə fəaliyyət göstərən restoranın hər şöbəsinin illik gəliri 2.79 milyon dollara yaxındır. Məşhur restoran 1975-ci ildə qurulub.

4. Red Lobster – 2.54 milyard dollar


Floridadan dünyaya yayılan başqa bir restoranlar şəbəkəsi Red Lobster dəniz məhsulları və bistvitləri ilə məşhurdur. Hər restoranı ildə 3.74 milyon dollar gəlir gətirən Red Lobster Kanada, Yaponiya, Qətər və Birləşmiş Ərəb Əmirliyində də öz şöbələrini açıb. 1968-ci ildə qurulan restoran 2012-ci ildə verdiyi qərarla dəniz məhsullarından başqa yeməkləri də menyusuna daxil edib.

5. Outback Steakhouse – 2.39 milyard dollar


Hər restoranının 3.10 milyon dollar gəlir gətirdiyi Outback Steakhouse ən böyük lyuks restoranlardan biridir. 22 ölkədə 12-dən çox şöbəsilə fəaliyyət göstərən restoran 1988-ci ildə Floridada qurulub.

6. T.G.I. Fridays – 1.82 milyard dollar


1965-ci ildə Nyu Yorkda ilk şöbəsi açılan T.G.I. Fridays həm də ABŞ-ın xaricdə fəaliyyət göstərən ilk lyuks restoranlarından biridir. Məşhur marka dünyanın hər yerində Fridays adı ilə xidmət göstərir. Bir şöbəsinin illik gəliri 3.3 milyon dollar təşkil edir.

7. The Cheesecake Factory – 1.6 milyard dollar


The Cheesecake Factory çikesləri ilə məşhurdur. 1978-ci ildə açılan restoran 2012-ci ildə Yaxın Şərqə açılmaq qərarı verərəq Küveyt və Əbu Dabidə şöbələrini açıb. Hər bir şöbəsinin illik gəliri 10.1 milyon dollardır.

8. Texas Roadhouse – 1.53 milyard dollar

İndiana ştatında yaranan və ABŞ-da 400-dən çox şöbəsi olan restoran Küveyt, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərində də olduqca məşhurdur. Hər bir restoranın illik gəliri 4.09 milyon dollar gəlir əldə edən restoran yer fındığı ilə Texas üsulunda ət yemək üçün ideal məkandır.

9. LongHorn Steakhouse – 1.22 milyard dollar

Orlandoda yaradılan Longhorn Steakhouse qəzardılmış ət, toyuq və dəniz məhsulları ilə məşhurdur. 35 ştatda 350 şöbəsi olan restoran Yaxın Şərq və Latın Amerikasında da müştərilərə xidmət edir. Hər bir restoranın illik gəliri 3.01 milyon dollardır.

10. P.F. Changs – 942.6 milyon dollar


Hər bir restoranı 4.48 milyon dollar gəlir gətirən P.F. Changs ilk dəfə 1993-cü ildə Arizonada açılıb. Çin və Amerika mətbəxinin ləzzətlərini müştərilərinə təqdim edən restoranlar şəbəkəsi ABŞ-dan başqa Yaxın Şərq, Kanada, Cənubi Amerika və Filippində fəaliyyət göstərir.

Qaynar.info