Xəbər lenti

Durum ciddiləşir: Daha bir ekspert koronavirusa görə Əli Əsədova müraciət etdi
Ölkə06:26 02.03.2020

Durum ciddiləşir: Daha bir ekspert koronavirusa görə Əli Əsədova müraciət etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Təhsil eksperti Kamran Əsədov Baş nazir Əli Əsədova müraciət edib.
Qaynarinfo xəbər verir ki, təhsil eksperti Əli Əsədovdan mart ayında orta və ali məktəblərdə tətil elan olunmasını xahiş edib:
"Hörmətli Baş nazir! Bildiyiniz kimi, iki aya yaxındır ki, dünyanı hələ də müalicəsi tapılmayan yoluxucu koronavirus cənginə alıb. Təhlükə bu və ya digər formada artıq bizim də ərazimizə daxil olub, müşahidə olunub.
Hörmətli Əli müəllim, bir məqam da var ki, ölkdə fəaliyət göstərən 4447 məktəbin heç də hamısı maddi-texniki baza baxımından tam olaraq qənaətbəxş vəziyyətdə deyil. Onlar arasında isitmə və havalandırma sistemində, ilkin tibbi yardım göstərilməsi istiqamətində müəyyən problemlər var.
Digər tərəfdən isə, apteklərdə də kifayət qədər respirator, spirt və digər lazımi avadanlıqlar yoxdur. Olanların da qiyməti süni şəkildə kəskin artırılıb. Şagirdlərin sağlamlığı hər şeydən üstündür. Nazirlər Kabineti mart ayında orta və ali məktəblərdə tətil elan edəcək. Bu tətil müddət ərzində məktəblərdə davamlı şəkildə dezinfeksiya işləri aparılar, insanlar arasında maarifləndirmə prosesinin miqyası daha da genişlənər.
Hörmətli Baş nazir, bildiyiniz kimi, mart ayında iki bayramın olması (8 mart beynəlxalq qadınlar günü və Novruz bayramı) istirahət günlərinin sayını artırır. Belə ki, martda 15 gün iş olmayacaq. Mən də sizin rəhbəri olduğunuz Nazirlər Kabinetinə müraciət edirəm ki, mart ayında olacaq 15 dərs gününü iyun ayının 15-30-u ilə əvəz etməklə mart ayında orta və ali məktəblərdə tətil elan olunması barədə qərar qəbul edəsiniz”.
Kamran Əsədov qeyd edib ki, hazırda rəsmi olaraq ölkə ərazisində koronavirus aşkar edilib və yoluxma halları var:
"Təhlükəli məqamdır. "Ümumi təhsil haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fövqəladə hadisələrlə bağlı (hərbi vəziyyət, zəlzələ, daşqın, kütləvi xəstəlik və s.) respublikanın bütün ərazisində tədris ilinin müddətində və tətil günlərində dəyişikliklər edilə bilər. Hər hansı kütləvi yoluxucu xəstəliklərin yayıldığı ölkələrdə, fövqaladə halların baş verdiyi ərazilərdə təhsil müəssisələrində problem aradan qalxana qədər tətilin elan edilməsi təcrübəsi mövcuddur. Artıq Çin, Gürcüstan, ABŞ və bir çox ölkələr bu addımı atıb”.
Bahar Rüstəmli