Xəbər lenti

Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır (RƏSMİ)
Ölkə13:49 02.11.2020

Düşmən qorxu və təşvişi aradan qaldırmaq üçün dezinformasiya yayır (RƏSMİ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin "məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
"Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa, aradan qaldırılmasına yönəlib", - məlumatda bildirilib.