Xəbər lenti

Düşmənin Ağdamı atəşə tutması nəticəsində 26 yaşlı gənc yaralandı
Ölkə13:16 08.11.2020

Düşmənin Ağdamı atəşə tutması nəticəsində 26 yaşlı gənc yaralandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini kobud şəkildə pozmaqla dinc mülki əhalimizə qarşı cinayət əməllərini davam etdirir.
Baş Prokurorluğun Mətbuat xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, 08.11.2020-ci il tarixdə düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Bu gün saat 16 radələrində Ağdam rayonu, Üçoğlan kəndinin ərazisinə mərmi düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Əhmədli Məhəmməd Xanlar oğlu xəsarət alıb. Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.