Xəbər lenti

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı (VİDEO)
Ölkə14:05 05.11.2020

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdıldı (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.
Bu barədə Qaynarinfo-ya Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.
Görüntüləri təqdim edirik: