Xəbər lenti

Duz oğruları yaxalandı
Ölkə14:30 03.01.2014

Duz oğruları yaxalandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Naməlum şəxslər Abşeron rayonunun Masazır qəsəbəsindəki “Azərsun Holdinq” şirkətlər qrupuna məxsus duz zavodunun ərazisindən beş ton duzu “ZİL” markalı avtomobilə yükləyib oğurlamağa cəhd göstərib.

Qaynar.info-nun AzərTAc-a istinadən verdiyi məlumata görə, oğurluqda şübhəli bilinən qəsəbə sakinləri Bəylər Tahirov, Sübhan Salahov, Qüdrət Salahov və Elvin Salahov Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və araşdırma aparılması üçün rayon polis şöbəsinə təhvil veriliblər.

Faktlarla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.

Qaynar.info