Xəbər lenti

Dövlət balansında olan bu maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI
Ekonomiks12:40 29.04.2017

Dövlət balansında olan bu maşınlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ucuz qiymətə avtomobillərin hərracları yenidən təşkil olunub.
Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində həmişə olduğu kimi yenidən ucuz qiymətə avtomobillərin hərracları təşkil olunub. 
"Qaynar" ƏMDK-nə istinadən xəbər veriri ki, bu dəfə 23 və 10 may  2017-ci il tarixlərdə hərraca çıxarılan nəqliyyat vasitələri, gəmilər və kənd təsərrüfatı texnikası haqda məlumatları diqqətinizə çatdırırıq. 
23 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Qeyd: 1-5-ci sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.
6-cı sətirdə  Azərbaycan Respublikası Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin balansında olan  nəqliyyat vasitəsi 2-ci dəfə  təkrar hərraca çıxarılır.
7-9-cu sətirdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansında olan  nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
10-cu sətirdə Əmlak Məsələləri Dövlət Komitəsinin İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzinin balansında olan nəqliyyat vasitəsi 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır.
10 may 2017-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı
Qeyd: 1-2-ci sətirdə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin balansında olan nəqliyyat vasitələri 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır.
3-cü sətirdə Xaçmaz rayon İcra Hakimiyyətinin balansında olan   nəqliyyat vasitəsi 4-cü dəfə 25% endirimlə təkrar hərraca çıxarılır
4-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 3-cü dəfə 10% endirimlə təkrar hərraca çıxarılır. 
5-cü sətirdə Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Maddi-Texniki Təminat Baş İdarəsinə bilavasitə tabe olan Avtomobil Təsərrüfatının balansında olan nəqliyyat vasitələri 5-ci dəfə 50% endirimlə təkrar hərraca çıxarılır. 
8-11-cü sətirdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin balansında olan  nəqliyyat vasitələri 2-ci dəfə  təkrar hərraca çıxarılır.  
Avtosfer.az əlavə olaraq qeyd edir ki, hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:
1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;
2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.
Qaynar.Az