Xəbər lenti

Dövlət büdcəsinin xərcləri artırılır
Ekonomiks16:15 31.07.2020

Dövlət büdcəsinin xərcləri artırılır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın 2020-ci ilin dövlət büdcəsinin gəlir və xərcləri ilə bağlı proqnozlara dəyişiklik edilir.
Qaynarinfo xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.
Qeyd olunur ki, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri isə 27 milyard 492 milyon manat həcmində təsdiq edilsin.
Layihə Milli Məclisin avqustun 4-dən etibarən başlayacaq növbədənkənar sessiyasının iclaslarında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, bundan əvvəl, 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 134 milyon 500 min manat həcmində təsdiqlənmişdi. Büdcənin xərcləri isə 26 milyard 894 milyon 700 min manat həcmində müəyyən olunmuşdu.