Xəbər lenti

Dövlət Sərhəd Xidmətinin akademiyası yanır - TƏCİLİ
Ölkə15:52 15.07.2014

Dövlət Sərhəd Xidmətinin akademiyası yanır - TƏCİLİ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün saat 17:00 radələrində Dövlət Sərhəd Xidməti Akademiya kompleksinin binasında baş vermiş alışma nəticəsində binanın üzlüyündə təqribən 18-20 kvadratmetr sahədə yanğın baş verib.

Akademiya kompleksinin yanğınsöndürmə sisteminin vaxtında işə düşməsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb və söndürülüb.

Qaynar.info- nun xəbərinə görə, Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları hadisə yerinə gələrək yanğının mənbələrinin tam ləğv edilməsini və təhlükəsizlik qaydalarına riayət olunmasını yoxlayıblar.

Hazırda yanğının fəsadlarının aradan qaldırılması məqsədilə təmir işlərinə başlanılıb.

Qaynar.info