Xəbər lenti

Dövlət Taxıl Fondu üçün gətirilən məhsullar gömrük rüsumundan azad edildi
Ekonomiks12:47 31.01.2022

Dövlət Taxıl Fondu üçün gətirilən məhsullar gömrük rüsumundan azad edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Nazirlər Kabineti "İxrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” 22 aprel 1998-ci il tarixli qərarında dəyişiklik edib.
Qaynarinfo xəbər verir ki, bununla bağlı qərarı Baş Nazir Əli Əsədov imzalayıb.
Qərara əsasən, "Gömrük tarifi haqqında” qanunun 19.2-ci maddəsinə uyğun olaraq Dövlət Taxıl Fonduna tədarük edilməsi məqsədilə idxal olunan taxıl və taxıl emalı məhsullar idxal gömrük rüsumundan azad edilib.