Xəbər lenti

Dövlət telekanalları "Azerspace-1"dən yayımlanacaq
Ölkə12:48 18.06.2013

Dövlət telekanalları "Azerspace-1"dən yayımlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hazırda bu telekanalların yayımı peyk vasitəsilə test rejimində həyata keçirilir.

Dövlət telekanalları ("AzTV", "İdman Azərbaycan" və "Mədəniyyət") iyul ayından etibarən Azərbaycanın "Azerspace/Africasat-1a" peyki ilə yayımlanacaq. Bu barədə çərşənbə axşamı Trend-ə layihəyə yaxın mənbə deyib.

Hazırda bu telekanalların yayımı "Azerspace/Africasat-1a" peyki vasitəsilə test rejimində həyata keçirilir.

Mənbə bildirib ki, Azərbaycanın digər telekanalları ilə müqavilənin imzalanmasına dair danışıqlar davam edir və ilkin olaraq onların "Azerspace/Africasat-1a" peyki ilə yayımı yaxın iki ay ərzində təşkil ediləcək.

Qaynar.info