Xəbər lenti

Döyüş təyyarələrimiz havaya qalxdı
Ölkə10:55 05.04.2013

Döyüş təyyarələrimiz havaya qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün günorta saatlarında cəbhə xətti üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələrinin uçuşları olub.

Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarə Ağdam və Tərtər rayonları ərazisində, cəbhə xətti üzərində uçuşlar həyata keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya bunun planlaşdırılmış təlim uçuşları olduğu bildirilib.

Qeyd edək ki, bu gün ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi qoşunların təmas xəttinin qarşı tərəfindən Bərdə istiqamətinə keçiblər. Onlar həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq təmas xəttinin qarşı tərəfində Ağdam rayonunun Ağdam-Bərdə yolu üzərində keçirilən monitorinqi izləyiblər.

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi dünən qoşunların təmas xəttinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətdə olan hissəsindən işğal olunmuş Ağdərə istiqamətinə keçmişdilər.

Qaynar.info