Xəbər lenti

Eden Hazard rəsmən "Real"da
İdman05:54 08.06.2019

Eden Hazard rəsmən "Real"da

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Çelsi"nin futbolçusu Eden Hazard "Real"a transfer olunub.
Qaynarinfo "Kral Klubu"nun rəsmi saytına istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
Bildirilir ki, 28 yaşlı cinah oyunçusu tezliklə tibbi müayinədən keçəcək. Sözləşmə şərtləri açıqlanmasa da, mətbuatda bu transferin "Real"a 100 milyon avroya başa gəldiyi yazılıb.
Hazard 2018/19 mövsümündə Premyer Liqada 37 oyuna 16 qol vurub və 15 məhsuldar ötürmə edib. O, "Çelsi"nin Bakıda "Arsenal"ı 4:1 hesabı ilə məğlub etdikləri final qarşılaşmasında isə "dubl" edib.
Peşəkar karyerasına 2007-ci ildə Fransa "Lill"ində başlayan Hazard 2012-ci ildə "Çelsi"yə keçib. O, kapitanı olduğu Belçika millisində 100 oyuna 30 qol vurub.