Xəbər lenti

Ədliyyə idarəsi ilə bələdiyyə arasında məhkəmə çəkişməsi
Ekonomiks 16:00 29.05.2024

Ədliyyə idarəsi ilə bələdiyyə arasında məhkəmə çəkişməsi

Bərdə rayon Samuxlu bələdiyyəsi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Bərdə Rayon Ədliyyə İdarəsidir. 

İdarənin iddiasına Gəncə İnzibati Məhkəməsində baxılacaq. İş hakim Gülşən Əliyevanın icraatındadır. 

Məhkəmə çəkişməsi inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrlə bağlıdır. 

İşin təfərrüatları bəlli deyil. 

Samuxlu bələdiyyəsinin sədri Seymur Məmmədovdur. Onunla əlaqə saxlayıb məhkəmə çəkişməsinin detallarını öyrənməyə çalışsaq da, zəngimizə cavab vermədi. 

Seyid  


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->