Xəbər lenti

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçdi
Ölkə06:18 23.12.2013

Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi fasiləsiz iş rejiminə keçib.

APA-nın verdiyi məlumata görə, bu, qeyri-hökumət təşkilatlarına 2013-cü il üçün dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədardır.
 
Qeydiyyat və Notariat Baş İdarəsi dekabrın 21-i və 22-də, şənbə və bazar günləri də iş rejimində olub.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2014-cü il üçün QHT-lərinin layihələrinin maliyyələşdirilməsi ilə bağlı elan etdiyi müsabiqənin ilkin mərhələsi dekabrın 25-də sona çatır. Bu il ilk dəfə müsabiqədə iştirak edən QHT-lərdən  2013-cü il üçün dövlət reyestrindən çıxarışı da tələb olunur. Digər tərəfdən, qanunvericiliyə edilən son dəyişikliyə əsasən, bundan sonra QHT-lər il ərzində 4 dəfə dövlət reyestrindən çıxarış almalıdırlar. Bununla bağlı Ədliyyə Nazirliyi QHT-lərə xəbərdarlıq da təqdim edir.

Qaynar.info