Xəbər lenti

Eduard Məmmədov 20-ci dəfə dünya çempionu oldu - FOTO
İdman16:37 03.11.2014

Eduard Məmmədov 20-ci dəfə dünya çempionu oldu - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ən titullu idmançı statusunu qoruyan Eduard Məmmədov 20-ci dəfə dünya çempionu tituluna sahib olmaq üçün İtaliyaya yollanmışdı.

Qaynar.info Publika.az-a istinadən xəbər verir ki, idmançımız növbəti çempionluğu yaşayıb. 

20-ci dəfə dünya çempionu adına layiq görülüb. Eduard Məmmədov İtaliyanın Toskana şəhərində baş tutan WKA versiya üzrə dünya çempionatında (Unified World Championships) rəqiblərindən üstün olmağı bacarıb.

Məmmədov qələbəsi ilə bağlı belə danışıb: “20-ci dəfə dünya çempionu olduğum üçün çox sevinirəm. Kikboks üzrə 60 kq-da “lou-kik” (low-kick) stilində döyüşürdüm. Braziliyalı, ispan və finalda ukraynalı rəqiblərimə qalib gələrək növbəti çempionluğu əldə etdim”.

Qaynar.info