Xəbər lenti

Əflatun Amaşov Söyün Sadıqovun tikdirəcəyi binadan danışdı
Ölkə06:19 23.07.2013

Əflatun Amaşov Söyün Sadıqovun tikdirəcəyi binadan danışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“Söyün Sadıqovun Bakıda ev tikib, jurnalistlərə paylaması mümkün görünmür. Əgər o desəydi ki, Moskvada ev tikib Rusiyadakı jurnalistlərə paylayacağam, bu, başadüşülən idi. Bu məsələ mənimçün tamamilə anlaşılmazdır ki, Rusiya vətəndaşı Azərbaycanda ev tikib jurnalistlərə paylayır. Bu, daha çox siyasi çıxışa oxşayır, nəinki jurnalistlərin sosial problemlərinin həll olunması niyyətinə. Odur ki, bu məsələdə mənimçün qaranlıq məqamlar var”.

Bu sözləri “Yeni Müsavat” qəzetinə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

MŞ sədri deyib ki, Söyün Sadıqovun Bakıda jurnalistlərə ev tikmək istəməsi onunçün tamamilə qarışıq bir məsələdi: “Ölkə başçısı jurnalistlərə bina tikilməsi ilə bağlı sərəncam verir, bu məsələ onun səlahiyyətindədir. Ancaq Rusiyada yaşayan iş adamının Azərbaycan jurnalistlərinə ev tikmək niyyəti daha çox təxribat xarakteri daşıyır. Burada məram-məqsəd nədir, deyə bilmərəm”.


Ola bilərmi ki, S.Sadıqov mənzil bölgüsündən narazı qalan jurnalistlərlə bağlı belə mövqedən çıxış edib? Ə.Amaşov: “Narazı jurnalistlər deyəndə ki, Azərbaycan mətbuatında kifayət qədər önəmli xidmətləri olan insanlar mənzil alıb. Xidməti və ehtiyacı olan digər jurnalistlər üçün də növbəti binanın tikilməsi nəzərdə tutulur. Kimsə kiminsə narazılığından istifadə edib, müəyyən yozumlar yozmaq, kiminsə narazılığından istifadə edib, öz məqsədlərini reallaşdırmağa çalışmaq düzgün deyil. Bu məsələnin ciddiliklə heç bir əlaqəsi yoxdur”.

Qaynar.info