Xəbər lenti

Əflatun Amaşovdan qəzet qadağası ilə bağlı AÇIQLAMA
Ölkə11:54 15.01.2014

Əflatun Amaşovdan qəzet qadağası ilə bağlı AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Mətbuat Şurasının sədri Əflatun Amaşov Bakıda qəzet və jurnalların səyyar şəkildə satışının qadağan edilməsinə münasibət bildirib


AzVision.az-a açıqlama verən qurum sədrinin sözlərinə görə, Mətbuat Şurası məsələ ilə bağlı Bakı Şəhər Ticarət və Xidmət Departamentinə məktubla müraciət edib:

“Biz bu məsələnin dəqiqləşdirilməsi üçün həmin departamentə məktub göndərmişik. Cavab gəlsin, görək nə məsələdir. Hələ ki, məndə dəqiq məlumat yoxdur, bu barədə. Məlumat dəqiqləşəndən sonra məsələyə münasibət bildirəcəm”.

Qeyd edək ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən şəhərin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satışına qadağa qoyulub.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Xatırladaq ki, Bakı Şəhər Ticarət və Xidmət Departamenti Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.


Qaynar.info