Xəbər lenti

Əfqanıstan vətəndaşı Astarada öldü
Ölkə10:12 26.05.2024

Əfqanıstan vətəndaşı Astarada öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Astarada qonaq olan Əfqanıstan vətəndaşı ölüb.
"Report”un məlumatına görə, ölüm hadisəsi rayonun Pəlikeş kəndində qeydə alınıb.
Belə ki, Bakı şəhərində yaşayan Əfqanıstan vətəndaşı, 1956-cı il təvəllüdlü Mohammad Rasul Fahimi Astaranın Pəlikeş kəndində qohumlarının evində qonaq olub.
Ölümün nədən baş verdiyi hələlik məlum deyil. Meyit daxili və xarici müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinə təhvil verilib. Ekspertizanın verəcəyi rəydən sonra ölümün səbəbi məlum olacaq.
Fakt üzrə rayon prokurorluğunda araşdırma aparılır.