Xəbər lenti

Əfran İsmayılov: "Biz Lüksemburq yığmasından elə də fərqlənmirik"
İdman11:49 07.06.2013

Əfran İsmayılov: "Biz Lüksemburq yığmasından elə də fərqlənmirik"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Bu komanda dişimizə görə rəqibdi"

Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibə verib.

- Lüksemburqla oyun öncəsi millidə atmosfer necədi?

- Yaxşıdı. Çox istərdik ki, oyundan sonra da belə olsun. Bu oyunun millimiz üçün nə dərəcədə vacib olduğunu gözəl başa düşürük. Hətta deyərdim ki, Lüksemburqla görüş qrup liderləri ilə oyunlardan da vacibdi. Bu komanda dişimizə görə rəqibdi. Biz bu görüşdə üç xal qazana bilərik. Hər şey öz əlimizdədi. Bizi yalnız qələbə qane edəcək. Lüksemburq da bilir ki, Azərbaycan ancaq qələbəyə köklənib.

- Qələbə qazanmağımız üçün nə lazımdı?

- Erkən qolun bizə çox köməyi dəyəcək. Adətən, millimiz hesabı açandan sonra qol vurmaq üçün daha çox şansımız olur. Əsas ələ düşən şanslardan yararlanmaqdı. Qələbəmizə inanmalıyıq. Lüksemburqdakı qarşılaşmanı unutmaq lazımdı. Öz oyunumuzla da sübut etməliyik ki, bu komandadan güclüyük.

- Razısız ki, yığmanın hücum xəttində problemlər var?

- Problemlər var, amma çalışırıq ki, onları aradan qaldıraq. Bizim əsas problemimiz yaratdığımız qol vəziyyətlərini boşa verməyimizdi. Demirəm hər oyunda çoxlu qol vəziyyəti yaradırıq. Sadəcə, bir-iki real qol şansımız olur ki, bunlardan yararlana bilsək, çox şey fərqli ola bilər. Amma əldən veririk. Lüksemburqla görüşdə isə həmin aqibəti yaşamamalıyıq. Siz elə bilirsiz ki, onlar Bakıya məğlub olmaq üçün gəliblər? Onlar da qələbəyə çalışacaqlar. Lakin bu, bizi qayğılandırmır.

- Yığmamızın baş məşqçisi Berti Foqts isə müdafiədən hücuma keçməklə bağlı problemlərdən şikayətlənib...

- Foqts belə deyirsə, deməli elədi. İstənilən halda məşqçilər bizdən daha çox bilirlər. Əgər öz problemlərimizi biliriksə, onları aradan qaldırmağımız da mümkündü. Ola bilər ki, güclü rəqiblərlə görüşlərdə hücuma sürətli keçə bilmirik. Amma Lüksemburqla görüşdə belə hal təkrarlanmamalıdı. Mümkün qədər az səhv etməliyik.

- Bəs rəqib komandanın oyunu haqda nə deyə bilərsiz?

- Onların müdafiə xətti çox güclüdü. Səfərdəki oyun hər kəsin yadındadı. Lüksemburq həmin matçda çox diqqətlə müdafiə olunurdu. Onlar Bakıda da açıq futbol oynamayacaqlar. İstənilən halda qələbə qazanmalıyıq. Qətərlə heç-heçə etdik. Halbuki, qətərlilər Lüksemburqla müqayisədə daha güclü yığmaya malikdi. Düzdü, biz Lüksemburq yığmasından elə də ciddi fərqlənmirik. Demək olar ki, iki bərabər gücə malik komanda qarşılaşacaq. Ola bilər ki, hansısa komponentlərdə onlardan üstünük. Amma gəlin bu komandaya yuxarıdan aşağı baxmayaq.

Qaynar.info