Xəbər lenti

Əfsanəvi boksçu vəfat etdi (FOTO)
İdman08:15 14.03.2021

Əfsanəvi boksçu vəfat etdi (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Orta çəkidə boks üzrə sabiq dünya çempionu Marvin Xaqler ABŞ-da qəfil vəfat edib.
Qaynarinfo-nun xəbərinə görə, bu barədə TMZ boksçunun həyat yoldaşına istinadən məlumat yayıb.
Dünən 66 yaşlı sabiq dünya çempionu Nyu-Qempşirdə vəfat edib. Boksçunun oğlu deyib ki, atası sinəsində ağrıların yaranması və nəfəs almasının çətinləşməsi ilə bağlı hospitala yerləşdirilsə də, həkimlər onun həyatını xilas edə bilməyib. Hələlik ölümün dəqiq səbəbi müəyyənləşdirilməyib.
Qeyd edək ki, M. Xaqler 1980-ci ildən 1987-ci ilə qədər orta çəkidə dünya çempionu olub. O, bir neçə İtaliya filmində də rol alıb.