Xəbər lenti

Əfsanəvi Mixael Şumaxerin oğlu Bakıya gəlir
İdman09:50 05.04.2019

Əfsanəvi Mixael Şumaxerin oğlu Bakıya gəlir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"İki günlük test yürüşlərinə əsasən müqayisə aparmaq çətindir. Biz faydalı iş gördük və bundan razı qaldıq”.
Bunu əfsanəvi "Formula-1” pilotu Mixael Şumaxerin oğlu Mik Şumaxer deyib.
O, Bəhreyn Qran-prisinin test yürüşlərinə qatılmasından, ardınca Azərbaycana gələcəyindən danışıb. İlk gün "Ferrari”nin, ertəsi gün "Alfa Romeo”nu idarə edən gənc pilot hələ bir müddət "Formula-2”də mübarizə aparacağını da bildirib. 
7 qat dünya çempionu Mixael Şumaxerin oğlu növbəti cəhdini Bakıda edəcəyini vurğulayıb. Onun sözlərinə görə, məqsədinə çatmağı özünəinamı artırır: "Sonra necə olacağını bilmirəm. Bakıda "Formula-2” bolidinin sükanı arxasına dönəcəyimi gözləyirəm. Bu, xüsusi trassdır. Orada ilk dəfə iştirak edəcəm. Buna yaxşı hazırlaşmalı, simulyatorda uyğunlaşmalıyam. Test zamanı əldə etdiyim biliklərdən yararlanmağa çalışacam”.
Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 26-28-də olacaq (ONA).