Xəbər lenti

Əfv sərəncamı nə vaxt veriləcək?
Ölkə10:39 16.03.2016

Əfv sərəncamı nə vaxt veriləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər".

Qaynar.info bildirir ki, bunu azvision.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib.

"Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir", - deyə Ə.Nuriyev vurğulayıb.

Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: "Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq sərəncamın nə zaman imzalanacağından xəbərsizəm".

Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.

Qaynar.info