
2016-cı ilin avqust ayında iyul ayı ilə müqayisədə ödəniş kartlarının sayı 158 min ədəd azalaraq 5 milyon 270 min ədədə düşüb.
İlin əvvəlindən ödəniş kartları 389 min ədəd, ötən ilin iyun ayından bəri isə 818 min ədəd azalıb. Qeyd edək ki, 2015-ci ilin iyun ayında Azərbaycanda cəmi ödəniş kartlarının sayı 6 milyon 88 min ədədə qalxmışdı.
Avqustda sosial kartlar 134 min ədəd azalaraq 2 milyon 363 min ədədə, kredit kartları 16 min ədəd azalaraq 728 min ədədə, debet kartları 13 min ədəd azalaraq 648 min ədədə düşüb. Əməkhaqqı kartları isə 5 min ədəd artaq 1 milyon 531 min ədədə yüksəlib.Qaynarinfo.Az