Xəbər lenti

Əhəd Abıyev motosiklet sürəcək - FOTOLAR
Ölkə07:23 27.10.2014

Əhəd Abıyev motosiklet sürəcək - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı, sabiq millət vəkili Əhəd Abıyev motosiklet axtarışına çıxıb. 

Qaynar.info xəbər verir ki, avtosfer.az-ın əməkdaşı bir neçə gün öncə icra başçısının fotolarını Yasamal rayonu, Mikayıl Müşfiq küçəsindəki «Suzuki» motosiklet mağazasında çəkib. Əhəd Abıyev müxtəlif modelli motosikletlərlə maraqlanıb. 

Qeyd edək ki, həmin salonda satılan motosikletlərin dəyəri 5 min manatdan yuxarıdır. Saytın əməkdaşı ilə söhbət zamanı Əhəd Abıyev bildirib ki, motosiklet almayıb. Amma almaq fikrindədir: “Daşkəsəndə dağlara maşınla qalxmaq olmur. Rayonda gedən abadlıq-quruculuq işlərinə nəzarət etmək üçün çox yerə özüm gedib baş çəkirəm. Elə yer var ki, ora maşınla çıxmaq heç cür mümkün deyil. Ona görə də, maraqlanıram görüm, bu motosikletlərdən hansısısa bizim işimizə yarayırsa, onu alım. Dörd təkəri olanlar xoşuma gəldi. Baxaq görək, hansını alaq ki, işimizə yarasın”.

Qaynar.info