Nərimanov rayonunda şəhid anası vəfat edib.
Nərimanov bələdiyyəsindən Qaynarinfo-ya verilən məlumata görə, bu gün rayon ərazisində yaşayan I Qarabağ müharibəsində şəhid olmuş Elşad Məmmədovun anası Məryəm Məhəmməd qızı Məmmədova xəstəlik səbəbindən dünyasını dəyişib.
Mərhum "Dədə Qorqud” qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, I Qarabağ müharibəsinin qəhrəmanı Elşad Məmmədov Ağdam rayonunun Gülablı kəndində erməni silahlı qüvvələriylə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Şəhid Elşad Məmmədov 18 avqust 1992-ci ildə doğulduğu Şəki şəhər Şəhidlər xiyabanında dəfn edilib.