Xəbər lenti

Şəhid anasının istəyini “Azəriqaz” yerinə yetirdi (VİDEO)
Ekonomiks11:25 31.10.2023

Şəhid anasının istəyini “Azəriqaz” yerinə yetirdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Zaur Nurullayevin şəhadətə ucaldığı gündən 20 il ötməsinə baxmayaraq şəhid anası Zəhra Nurullayeva hələ də oğlu haqqında danışarkən qəhərlənməyə bilmir. 30 ildən sonra yalnız müzəffər Azərbaycan ordusunun qazandığı Zəfər Nurullayevanın yarasına məlhəm olub.  
SOCAR "Azəriqaz” İB isə şəhid anasının  qayğılarına dərman olmağa çalışıb. Daha dəqiq Zəhra Nurullayevanın Birliyə ünvanladığı müraciəti qısa zaman kəsiyində həll olunub. Şəhid ailəsinin Lənkəran rayonu, Şağlaser kəndində yerləşən fərdi yaşayış evi qaz xətti çəkilərək mavi yanacaqla təmin olunub.